Ekoloji təmiz avtomobillərin idxalında dinamika
Bu ilin aprel ayında ölkəyə 21 817,02 min ABŞ dolları dəyərində 1427 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid avtomobillər) idxal olunub.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, mart ayı ilə müqayisədə dəyər ifadəsində 6609 min dollar və ya 23,2 faiz az, say baxımından isə 195 ədəd və ya 15,8 faiz çoxdur.
Ümumilikdə cari ilin yanvar-aprel ayları ərzində ölkəyə 88 014,56 min dollar dəyərində 4 474 ədəd hibrid avtomobil idxal olunub ki, bu da 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 2,4 dəfə, say baxımından 7,6 faiz çoxdur.
Bununla yanaşı, bu ilin aprel ayında dəyəri 6 802,46 min dollar təşkil edən 160 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobillər) idxal olunub ki, bu da mart göstəricilərindən müvafiq olaraq 845,93 min dollar (11 faiz) və 26 ədəd (14 faiz) azdır
Ümumilikdə cari ilin ilk dörd ayında 23 771,11 min dollarlıq 568 elektromobil idxal olunub ki, bu da ötən ilin eyni göstəricilərini dəyər olaraq 8,1 dəfə, say baxımından isə 6,2 dəfə üstələyir.