7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bik Lum: "Otuz il ərzində BMT və Azərbaycan əməkdaşlığı yardımdan tərəfdaşlığa çevrilib"

Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə BMT Baş Assambleyasının işində fəal iştirak etmiş, BMT-nin müxtəlif rəhbər orqanlarında iştirakı ilə BMT agentliklərinin, fondlarının və proqramlarının fəaliyyətinə töhfə vermişdir.

Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Bik Lum “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda Konfransda deyib.

“BMT-nin inkişaf təşəbbüsünün ölkədə həyata keçirilməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin roluna həsr olunmuş bugünkü konfrans bizə Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə tərəfdaşlıq əlaqələrinin qurulmasında və təşviqində mühüm rol oynayan ölkə olması haqqında düşünmə imkanı verir”, - Bik Lum deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası dünya iqtisadiyyatına tam inteqrasiya olunmağa çalışır və bunun üçün hər cür imkanı var. Bu səbəbdən Azərbaycanın siyasətinin əsasını sülhə nail olmaq təşkil edir və BMT-nin bu prosesə kömək edəcəyinə böyük ümid bəsləyirik.

B.Lum qeyd edib ki, Heydər Əliyev BMT Baş Assambleyasının sessiyalarında çıxış edən ilk Azərbaycan lideri olub.

“2000-ci ilin sentyabrında mərhum Prezident Heydər Əliyev BMT-nin Minilliyin Zirvə toplantısında Minilliyin Bəyannaməsini imzaladı və Azərbaycan 2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədlərinə (MİM) və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olma öhdəliyini götürdü. BMT-nin inkişaf sistemi və inkişaf prosesinin digər iştirakçıları ilə tərəfdaşlıq əlaqələri gücləndirildi. Nəticədə Azərbaycanda yoxsulluğun səviyyəsi kəskin şəkildə azalaraq 49%-dən 5%-ə düşüb. Bu səylər Azərbaycanda insan inkişafı indeksinin də yaxşılaşmasına gətirib çıxarıb və bu göstərici 30% artıb.

Keçən il biz Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasının 30 illiyini qeyd etdik. Otuz il ərzində BMT, hökumət və Azərbaycan xalqı arasında əməkdaşlıq yardımdan tərəfdaşlığa keçib. Biz tərəfdaşlıq və əməkdaşlığımızın daha da güclənəcəyini gözləyirik”, o, bildirib.

Tamilla MƏMMƏDOVA

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?