17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi artıb

Bu ilin yanvar-aprel aylarında əsas kapitala 4580,0 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz çox vəsait yönəldilib.

vergiler.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 25,8 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artıb.

İstifadə olunan vəsaitin 2620,2 milyon manatı və ya 57,2 faizi məhsul istehsalı sahələrinə, 1702,5 milyon manatı (37,2 faizi) xidmət sahələrinə, 257,3 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitlərin 3344,0 milyon manatını və ya 73,0 faizini daxili vəsaitlər təşkil edib. Vəsaitlərin 3252,0 milyon manatı və ya 71,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 47,1 faiz, büdcə vəsaitləri 36,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, bank kreditləri 3,7 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil edib.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?