22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Samur-Yalama dəmir yolu keçid məntəqəsinin buraxılış qabiliyyəti artırıla bilər

Samur-Yalama dəmir yolu keçid məntəqəsinin buraxılış qabiliyyəti artırıla bilər

Azərbaycan və Rusiyanın dəmir yolu idarələri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurası çərçivəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“vergiler.az” “Rusiya Dəmir Yolları” ASC-yə (RDY) istinadən xəbər verir ki, əməkdaşlıq məsələlərinə RDY-nin İdarə Heyətinin sədri Oleq Belozerovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovla görüşü zamanı toxunulub.

Tərəflər sərhəd dəmir yolu hissələrinin yenidən qurulması üzrə işlərin sinxronlaşdırılması, artan həcmlərin sərhəd qovşaqlarından keçirilməsinin təmin edilməsi, Samur-Yalama dəmir yolu keçid məntəqəsinin buraxılış qabiliyyətinin artırılması məsələlərinə diqqət yetiriblər.

Qeyd olunub ki, tutum parametrlərinin uyğunlaşdırılması üçün “Şimal-Cənub” dəhlizinin qərb marşrutunun bütün iştirakçıları qatarların çəkisi və uzunluğu baxımından yanaşmalarını əlaqələndirməlidirlər.

Tərəflər arasında əməkdaşlıqda beynəlxalq daşımalarda yüklərin daşınmasında elektron məlumat mübadiləsinin tətbiqi də nəzərdə tutulur.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?