Samur-Yalama dəmir yolu keçid məntəqəsinin buraxılış qabiliyyəti artırıla bilər

2023.04.27 10:27 (UTC+04:00)

Azərbaycan və Rusiyanın dəmir yolu idarələri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurası çərçivəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

vergiler.az” “Rusiya Dəmir Yolları” ASC-yə (RDY) istinadən xəbər verir ki, əməkdaşlıq məsələlərinə RDY-nin İdarə Heyətinin sədri Oleq Belozerovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovla görüşü zamanı toxunulub.

Tərəflər sərhəd dəmir yolu hissələrinin yenidən qurulması üzrə işlərin sinxronlaşdırılması, artan həcmlərin sərhəd qovşaqlarından keçirilməsinin təmin edilməsi, Samur-Yalama dəmir yolu keçid məntəqəsinin buraxılış qabiliyyətinin artırılması məsələlərinə diqqət yetiriblər.

Qeyd olunub ki, tutum parametrlərinin uyğunlaşdırılması üçün “Şimal-Cənub” dəhlizinin qərb marşrutunun bütün iştirakçıları qatarların çəkisi və uzunluğu baxımından yanaşmalarını əlaqələndirməlidirlər.

Tərəflər arasında əməkdaşlıqda beynəlxalq daşımalarda yüklərin daşınmasında elektron məlumat mübadiləsinin tətbiqi də nəzərdə tutulur.