15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, növbəti görüş DVX-nin Vergi siyasəti baş idarəsi və “Azərbaycan Gön-Dəri İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Tədbirdə sahə üzrə fəaliyyət göstərən vergi ödəyicilərinin qarşılaşdıqları çətinliklər, o cümlədən xam dərinin tədarükü, ixracı, dəri alışının rəsmiləşdirilməsi, elektron alış aktlarının və qaimə-fakturaların tərtibi ilə bağlı məsələlər müzakirə edilib və onların həlli istiqamətində fikirlər səsləndirilib. Qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Sahibkarların təkliflərinin diqqətdə saxlanılacağı və dövlət – biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?