15 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SİF və AREA “yaşıl” və bərpa olunan enerji layihələri istiqamətində əməkdaşlıq edəcəklər

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu (SİF) və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) arasında əməkdaşlığa dair görüş keçirilib.

SİF-dən “vergiler.az”a verilən məlumata görə, görüşdə “yaşıl” enerji layihələrinin maliyyələşdirilməsinin SİF-in güzəştli kredit mexanizmi üzrə 2023-cü il üçün müəyyənləşdirilən prioritet istiqamətlərdən biri olduğu vurğulanıb, bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin dəstəklənməsi və bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə əlçatanlığının artırılmasının əhəmiyyəti qeyd edilib.

Tədbirdə “yaşıl” və bərpa olunan enerji layihələrinin dəstəklənməsi istiqamətində müzakirə aparılıb.

Görüş çərçivəsində SİF-in güzəştli kreditləri çərçivəsində bərpa olunan enerji mənbələrindən istifadəyə yönələn layihələrin maliyyələşdirilməsi, investisiya cəlbediciliyinin artırılması, elektromobillərdən istifadənin genişləndirilməsi və elektromobillik üzrə Milli Planın hazırlanması kimi istiqamətlər üzrə əməkdaşlığa qərar verilib. SİF və AREA arasında bu sahədə əməkdaşlığın məqsədi bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin dəstəklənməsi ilə “yaşıl” iqtisadiyyata keçidi təşviq etməkdir.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?