13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanın Babək rayonu üzrə mülkiyyət sənədlərinin sayı 27,5 faiz artıb

Bu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 77 daşınmaz əmlak obyektinin texniki pasportu, 220 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub.

vergiler.az” Xidmətin məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə idarə tərəfindən hazırlanan mülkiyyət sənədlərinin sayı 27,5 faiz artıb. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 38 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib, 149 müayinə aktı yazılıb.

Bu dövrdə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 342 müraciət qəbul edilərək icra edilib, müraciətlər əsasında məhdudiyyət və yüklülüyə dair 221, əmlakın olub olmaması ilə bağlı 113 arayış qanunvericiliyə uyğun hazırlanaraq vətəndaşlara təqdim olunub.

44 şifahi müraciətə əsasən əmlaklara baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi