13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

DVX-dan “vergiler.az”a verilən məlumata görə, növbəti görüş Xidmətin Vergi siyasəti baş idarəsi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan aparıcı vergi ödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Görüşdə sahə üzrə fəaliyyət göstərən vergi ödəyicilərinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində təkliflər müzakirə edilib, nağdsız hesablaşmaların aparılması və qanunvericilikdə mövcud olan vergitutma mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, görüş iştirakçılarının sualları cavablandırılıb. Sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?