9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Böyük Britaniya ilə kiçik sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Böyük Britaniya ilə kiçik sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Londonda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. İclasda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın belə istiqamətlərdən olduğunu qeyd edib: "Ölkələrimiz arasında ticarət strukturunun zənginləşdirilməsi və bunun qeyri-neft sektoru üzrə məhsullar hesabına reallaşdırılması məqsədəuyğun olardı. Hər iki ölkədə mövcud sərmayə və ticarət imkanlarının araşdırılması, qarşılıqlı investisiya qoyuluşlarının, ticarət və biznes əlaqələrinin təşviqi və genişləndirilməsi məqsədilə biznes forumların, sərgi və digər birgə tədbirlərin təşkili, ixrac qabiliyyətli məhsullara dair məlumat mübadiləsi əhəmiyyətlidir. Bununla yanaşı, texnologiyaların mübadiləsi, birgə innovativ layihələrin həyata keçirilməsi hər iki ölkənin kiçik və orta sahibkarlıq subyektləri üçün maraqlı ola bilər".

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Böyük Britaniyanın Biznes, Energetika və Sənaye Strategiyası Departamenti, Ticarət və Sənaye Məsələləri Nazirliyinin tabeliyində İxrac Kreditlərinə Zəmanət Departamentində görüşlər keçirilib. Bu görüşlərdə kiçik və orta sahibkarlıq sahəsində mümkün ikitərəfli əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?