18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pul baratları üzrə 2,9 milyard dollar müsbət saldo yaranıb

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 4,5 milyard ABŞ dolları məbləğində qiymətləndirilib.

vergiler.az” Azərbaycan Mərkəzi Bankın dərc etdiyi “Tədiyə balansı üzrə” hesabatına istinadən xəbər verir ki, daxilolmalar 3,7 milyard dollar, ödənişlər isə 0,8 milyard dollar təşkil edib.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96,7 faizini xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 2,3 faizini ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1 faizini isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 3,2 dəfə artaraq 3,6 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 0,5 artaraq 0,7 milyard dollar olub. Nəticədə pul baratları üzrə 2,9 milyard dollar müsbət saldo yaranıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri