17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları aşkar edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə müraciət daxil olub.

vergiler.az” xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı bir sıra bazar subyektlərinin “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə etmələrinə dair hallar aşkarlanıb. Faktla bağlı araşdırmalar davam edir.

Qeyd olunur ki, “Xırdalan” əmtəə nişanı kimi “Carlsberg Azerbaijan” MMC adından ölkə ərazisində müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Həmin əmtəə nişanı Azərbaycan Respublikasında qanunvericiliklə qorunur və ondan yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər.

Xatırladaq ki, “Haqsız rəqabət haqqında” Qanuna əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri