19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fermerlərin xərclərini optimallaşdırmaq üçün yeni xidmət

Fermerlər əkin xərclərini və gəlirlərini yeni istifadəyə verilən əkin kalkulyatoru vasitəsilə hesablaya bilərlər.

Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, aqrar sahədə çalışanlar Dövlət Toxum Fondunun saytı üzərindən (dtf.gov.az/farmer-calculator) kalkulyatordan istifadə etməklə əkin sahələrinin rentabelliyini özləri müstəqil olaraq hesablaya biləcəklər.

Fermerlər fəaliyyət göstərdiyi rayonu, toxumun sortunu və reproduksiyasını, həmçinin əkin sahəsini kalkulyatora daxil etməklə əldə edəcəyi məhsulun həcmini, əkinə çəkiləcək xərcləri və gəliri hesablaya bilərlər.

Hazırda payızlıq buğda və arpa bitkiləri üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator üzərindən hesablamaq mümkündür. Növbəti mərhələlərdə tərəvəz və digər bitkilər üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator vasitəsilə hesablamaq mümkün olacaq.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?