17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İsraillə ticarət dövriyyəsi 26 faizdən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın İsraillə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 69 724,29 min ABŞ dolları və ya 26,3 faiz artaraq 334 136,93 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan İsrailə 331 957,08 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 72 129,02 min dollar və ya 27,8 faiz üstələyir.

İsraildən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 52,5 faiz və ya 2 404,73 min dollar azalaraq 2 179,85 min dollar təşkil edib.

Cari ilin ilk iki ayında ölkənin ümumi ticarət dövriyyəsində İsrail ilə ticarətin payı 4,66 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,33 faiz bəndi çoxdur.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri