17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABŞ-da Azərbaycan xalçalarının ilk sərgisi keçirilib

Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələrinin Amerika Birləşmiş Ştatlarında tanıdılması məqsədilə Vaşinqtonda xalçaların ilk sərgisi keçirilib. Azərbaycan Ticarət Palatası ofisinin qalereyasında baş tutmuş açılışda həm klassik, həm də müasir üslubda olan hər bir xalçanın arxasında dayanan sənətkarlıq, xüsusi bacarıq, məharət və tarix fonunda Azərbaycanın zəngin mədəni irsi hər kəsə təqdim olunub.

“Azərxalça” ASC-dən “vergiler.az”a verilən məlumata görə, “Azərbaycan xalçaları” adlı sərgidə Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid 76 ədəd müxtəlif ölçülü yun və ipək xalçalar nümayiş olunub.

ASC və Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası arasında əldə olunan əməkdaşlıq razılaşmasına əsasən, növbəti il ərzində “Azərxalça” istehsalı əl işi, “Made in Azerbaijan” markalı xalçaların həm Vaşinqton, həm də digər ştatlar ərazisində sərgi və satışının təşkilinə imkan yaradılacaq.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri