19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar Özbəkistanda keçiriləcək beynəlxalq sərgilərə dəvət olunur

28-30 mart və 12-14 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində 22-ci Beynəlxalq “Qida məhsulları, inqrediyentlər və istehsalat texnologiyaları – UzFood 2023” və 19-cu Beynəlxalq “İstehsalat texnologiyaları. Ağac emalı. Mebel və komponentlər – MebelExpo Uzbekistan 2023” sərgiləri keçiriləcək.

Azərbaycan sahibkarları sözügedən sərgilərdə iştirak etməyə dəvət olunur.

Bu barədə "vergiler.az"a Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

“UzFood 2023”

Özbəkistanın ən böyük ərzaq sərgisi olan “UzFood” işgüzar görüşlər və birbaşa danışıqlar üçün effektiv platforma rolu oynayır. Builki tədbirdə Belarus, Bolqarıstan, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Koreya Respublikası, Latviya, Litva, Malayziya, BƏƏ, Pakistan, Polşa, Rusiya, Türkiyə, Özbəkistan, Fransa, Şri-Lanka və s. ölkələrdən 180-dən çox şirkət iştirak edəcək. Sərginin bölmələrinə ət və quşçuluq, süd məhsulları, qənnadı məmulatlar, içkilər, qida inqrediyentləri, qida sənayesi avadanlıqları, qablaşdırma materialları və avadanlıqları daxildir.

MebelExpo Uzbekistan 2023”

Mebel sənayesi çərçivəsində keçirilən əsas tədbirlərdən biri olan “MebelExpo Uzbekistan”da ənənəvi olaraq mebel istehsalçıları, habelə mebel avadanlıqları, komponentləri, mebelin istehsalında istifadə olunan kimyəvi maddələrin, aksesuarların tədarükçüləri iştirak edir. Builki sərgidə Avstriya, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Polşa, Rusiya, Türkiyə, Özbəkistan, İsveçrə, İsveç daxil olmaqla dünyanın 17 ölkəsindən 200 şirkətin iştirakı təsdiq olunub.

“UzFood 2023” və “MebelExpo Uzbekistan 2023” sərgilərində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya əlaqə nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

[email protected]

(+994 12) 598-01-47/48 (daxili 36-44)

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?