17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsi istifadəyə verilib

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsi yenidən inşa olunub.

Martın 17-dən etibarən gömrük-keçid məntəqəsi tam istifadəyə verilib. Bu münasibətlə təşkil olunan açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər rəsmi şəxslər iştirak edirlər.

Nümayəndə heyətinin üzvləri əvvəlcə Xaçmaz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

"Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı Sərəncama əsasən aparılıb.

Postda gömrük rejimi zonası, idxal-ixrac nəzarət xətləri, eləcə də inzibati bina inşa olunub, gömrük postu ən müasir avadanlıqlarla təchiz edilib.

"Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan- Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.

AZƏRTAC

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri