19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avtomobil istehsalı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Özbəkistanla avtomobil sənayesi tərəfdaşlıqda prioritet istiqamətlərdəndir. Bu sahədə əməkdaşlığın inkişafı, istehsalın lokallaşdırılması və birgə ixrac məsələləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən "vergiler.az"a verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov “General Motors International” şirkətinin vitse-prezidenti Coni Saldana, Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və “Uno Minda” şirkətinin rəhbəri Nirmal Kumar Minda ilə görüşüb. Görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı faydalı iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər, o cümlədən, avtomobil sənayesi üzrə genişləndirilməsi üçün böyük imkanlar vurğulanıb, avtomobil sənayesinin tərəfdaşlıqda prioritet sahələrdən biri olduğu qeyd edilib.

Tərəflər avtomobil istehsalı sahəsində əməkdaşlığın inkişafı, istehsalın lokallaşdırılması, xarici bazarlara birgə ixrac məsələləri barədə fikir mübadiləsi aparıblar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?