19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” qızıl və gümüş satışlarını artırıb

2022-ci ildə “AzerGold” QSC tərəfindən 63,5 min unsiya qızıl və 207,8 min unsiya gümüş satılıb.

QSC-dən “vergiler.az”a verilən məlumata görə, 2021-ci illə müqayisədə qızılın satış həcmində 3,7 min unsiya və ya 6,1 faiz, gümüşün satış həcmində isə 74,9 min unsiya, yəni 56,3 faiz artım qeydə alınıb.

Qızıl üzrə qeyd edilən ümumi satış həcmindən 59,9 min unsiya, gümüş üzrə isə 193,5 min unsiya beynəlxalq bazarlarda realizə edilib.

Pərakəndə bazarda satış göstəriciləri 3 min unsiya qızıl, 130 unsiya gümüş təşkil edib. Daxili bazarın tələbatı üzrə 555 unsiya qızılın, 14,2 min unsiya gümüşün satışı icra edilib.

Beləliklə, 2017-2022-ci illər üzrə ümumi satış göstəriciləri 348 min unsiya qızıl və 733 min unsiya gümüş təşkil edib.

Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 207,2 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. 2017–2022-ci illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilən gəlir isə 960,7 milyon manat təşkil edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?