15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Raffael Marçetti: “Cənub Qaz Dəhlizi İtaliyanın enerji bazarının çox mühüm tərkib hissəsinə çevriləcək”

Azərbaycan ilə İtaliya müxtəlif istiqamətlərdə fəal əməkdaşlıq edir və təbii ki, bu əməkdaşlıqda enerji sektoru öndə gəlir.

Bunu “vergiler.az”a İtaliya Siyasi Elmlər Departamentinin və LUISS Dövlət İdarəçilik Məktəbinin beynəlxalq əlaqələr üzrə rektor müavini, Avropa Komissiyasının kənar eksperti, professor Raffael Marçetti deyib.

"Bununla yanaşı, turizm sahəsində əməkdaşlıq heç də az əhəmiyyət daşımır. Azərbaycan bu sahədə xarici turistlərin və iri investorların sayının artırılmasında maraqlı ola bilər", - ekspert vurğulayıb.
O, qeyd edib ki, Ukraynadakı münaqişə enerji baxımından Avropa iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edir. İtaliya hökuməti tədarükçüləri diversifikasiya etmək üçün səylər göstərib və qaz tədarük edən müxtəlif ölkələrlə yeni müqavilələr imzalayıb ki, bunların arasında, təbii ki, Azərbaycan önəmli yer tutur.

"Bundan əlavə, iqtisadi böhran səbəbindən ərzaq bahalaşıb. Bazarı mümkün qədər sabit saxlamaq üçün İtaliya bəzi dövlət subsidiyaları verməyə çalışır", - R.Marçetti deyib.

O, energetika sahəsində əməkdaşlıqdan danışarkən vurğulayıb ki, Cənub Qaz Dəhlizi İtaliyanın enerji bazarının çox mühüm tərkib hissəsinə çevriləcək.

“Cənub Qaz Dəhlizi qazın İtaliya və Avropa bazarına yenidən bölüşdürülməsi üçün vacib komponent olacaq, İtaliyada və Avropada qazın qiymətinin aşağı düşməsinə kömək edəcək.

İtaliya Cənub Qaz Dəhlizinin genişləndirilməsində maraqlıdır. Qeyd etdiyim kimi, İtaliya Avropanın enerji qovşağına çevrilməyə çalışır və bu istiqamətdə Azərbaycanla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”, - ekspert deyib.

“Bundan əlavə, Azərbaycan və İtaliya arasında qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərdə tutulan mühüm sahələri var. Biz təhsil sahəsində sıx əməkdaşlıq edirik. İtaliyanın beş universiteti ilə Bakıdakı ADA Universiteti arasında əməkdaşlığı inkişaf etdirmək üzərində işləyirik. Bunu həm Azərbaycan, həm də İtaliya hökumətləri tam dəstəkləyir”, - ekspert vurğulayıb.

Tamilla MƏMMƏDOVA

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?