3 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Koreya İnkişaf İnstitutunun (KDİ) direktoru Taihee Lee, KDİ-nin Beynəlxalq İnkişaf Mərkəzinin aparıcı tədqiqatçıları Ryu Sunqhyun və Çoi Hyunyi, eləcə də Koreya səfirliyinin nümayəndələri Yim Jan Hyeok və Arzu Umarova ilə görüş keçirilib. Görüş zamanı Mərkəzin strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova ölkədə aparılan uğurlu iqtisadi islahatlar, strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri, İİTKM-in bu sahədə həyata keçirdiyi fəaliyyətlər, həmçinin "Azexport.az", "EnterpriseAzerbaijan.com", "Azranking.az" və Bir Pəncərə İxraca Dəstək Mərkəzi barədə ətraflı məlumat verib. Layihələr departamentinin rəhbəri Rəşad Hüseynov konsaltinq xidmətləri, tədqiqatlar və təlim mərkəzinin fəaliyyəti, Rəqəmsal ticarət qovşağının meneceri Nicat Əsədli xidmətlər və gələcək planlar barədə qonaqları məlumatlandırıb. Strateji təhlil və planlaşdırma departamentinin rəhbəri Ramil Hüseyn Koreyanın "Bilik mübadiləsi proqramı"nda iştirakla bağlı məlumat verib və gələcəkdə birgə əməkdaşlıq sahələri üzrə təkliflərini təqdim edib.

Koreya İnkişaf İnstitutunun direktoru Taihee Lee təmsil etdiyi qurumun inkişaf tarixi, ölkəsinin iqtisadi inkişaf sənədlərinin hazırlanmasında aparıcı beyin mərkəzi olaraq oynadığı rol və hazırda icra edilən layihələr və tədqiqat mövzuları barədə məlumat verib. O, İİTKM ilə KDİ arasında gələcəkdə "Bilik mübadiləsi proqramı" çərçivəsində əməkdaşlıq üçün potensial sahələrə dair təkliflərini irəli sürüb.

Müzakirələr zamanı menecer V.Cəfərova yeni iqtisadi inkişaf strategiyası, diversifikasiya, regional ticarət, insan kapitalının inkişafı, fiskal və sosial islahatlar kimi strateji sahələr üzrə gələcəkdə birgə tədqiqatların və mübadilə proqramlarının aparılmasını əməkdaşlıq istiqamətləri kimi təklif edib.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?