19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özəlləşdirmə istiqamətində görülən işlərlə bağlı müzakirə aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində özəlləşdirməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

Dövlət Xidmətindən “vergiler.az”a bildirilib ki, iclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin müəssisə və obyektlərinin özəlləşdirilməsi istiqamətində görülən işlərlə bağlı müzakirə aparılıb, “Azəripək” MMC-nin özəlləşdirilmə imkanları, istehsal olunan məhsullar barədə məlumat verilib.

İclasda özəlləşdirmə prosesinə bu sahədə təcrübəyə malik investorların cəlb edilməsinin vacibliyi qeyd olunub.

Özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?