19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

MDB dövlətlərinin XV Beynəlxalq İqtisadi Forumu keçiriləcək

Martın 17-də Moskvada MDB-yə üzv dövlətlərin “İnteqrasiya dialoqu: MDB, Aİİ, ŞƏT, BRİKS” XV Beynəlxalq İqtisadi Forumu keçiriləcək.

vergiler.az” MDB-nin İqtisadi İnkişaf üzrə İşgüzar Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, Forumda MDB ölkələrinin baş nazirlərinin müavinlərinin (MDB İqtisadi Şurasının üzvləri), iqtisadi inkişaf, maliyyə, sənaye və ticarət nazirliklərinin yüksək vəzifəli məmurlarının, ticarət-sənaye palatalarının, Assosiasiyaların və bank icmalarının, eləcə də sahibkarların iştirakı gözlənilir.

Forumun məqsədi birgə əsaslandırılmış qərarlar hazırlayıb qəbul etmək, maraqları müəyyən etmək, uzunmüddətli tərəfdaşlıq qurmaq və iqtisadi inkişaf istiqamətində gələcək addımları planlaşdırmaqdır.
Forum çərçivəsində təşkil olunacaq plenar iclasda MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın perspektivlərinin, həmçinin MDB, Aİİ, ŞƏT, BRİKS inteqrasiya birliklərinin aparıcı ekspertlərinin, hökumət və biznes nümayəndələrinin iştirakı ilə iqtisadi inteqrasiyanın və sənaye əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?