19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Astara, Lerik və Lənkəranda kənd qonaq evləri yaradılıb

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsi çərçivəsində Astara, Lerik və Lənkəran rayonlarında kənd sakinlərinə məxsus 17 ev kənd qonaq evi kimi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, qonaq evlərindən 6-sı Astara, 8-i Lerik və 3-ü Lənkəran rayonunda yerləşir. Layihə çərçivəsində kənd qonaq evləri özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edilib.

17 kənd sakini biznes və turizmlə bağlı, o cümlədən biznes planın yazılması, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti, satış, qonaq qarşılama üsulları, təmizlik və gigiyenanın təşkili, qonaq evlərində təhlükəsizlik qaydaları, qidalanmanın təşkili, sosial medianın idarəedilməsi mövzularında təlimlərə cəlb olunub. Eyni zamanda onlara biznesin idarə edilməsi və turizm üzrə məsləhət, biznesin inkişafı ilə bağlı mentorluq xidmətləri göstərilib.

KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi regionlarda sahibkarlığın təşviq olunması, özünüməşğulluğun təmin edilməsi, kənd turizminə dəstək və sakinlərin rifahının yaxşılaşdırılmasıdır.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsinə 2021-ci ildə start verilib və ilk olaraq İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılaraq, müvafiq avadanlıqlarla təmin edilib. Layihənin ikinci mərhələsi üzrə isə müxtəlif rayonlardan olan 220-dən çox kənd sakini qeydiyyatdan keçib və onların arasından meyarlara uyğun olanlar seçilib. Ümumilikdə Quba- Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonları üzrə 50 kənd qonaq evi yaradılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?