17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

FED-in qərarlarının manatın məzənnəsinə təsiri necə olacaq?

Federal Ehtiyatlar Sisteminin (FED) son açıqlamasından sonra qlobal valyuta bazarlarında dollar yenidən möhkəmlənib. “vergiler.az” xəbər verir ki, FED uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir. Hətta dərəcənin 2023-cü ildə 6 faizədək yüksəldilməsi də istisna edilmir. Məlumata görə, bu ayın 21-22-də FED yenidən bir araya gələcək. FED-in yüksək dərəcə artımlarına getmək istəyi bu ilin ilk aylarında ABŞ-da iqtisadi göstəricilərin proqnozlaşdırılandan daha yaxşı olması ilə bağlıdır.

Avro da ABŞ valyutasıba nisbətən dəyər itirməkdədir. Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır.

Bəs FED-in qərarlarının manatın məzənnəsinə təsiri necə ola bilər? Suala aydınlıq gətirən millət vəkili Vüqar Bayramov dolların qlobal bazarlarda möhkəmlənməsinin regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmədiyini deyib: “Azərbaycan Mərkəzi Bankınn ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də keçirilən hərracda 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dollar satıb. Bütövlükdə fevral ayından dollara tələbin yenidən yaranması müşahidə olunub”.

V.Bayramov əlavə edib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir:

“Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alaq ki, əslində xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də iqtisadi faktorlardan biridir. Azərbaycanda hələ ki, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri