19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“İT-Akademiya”da məzun günü keçirilib

Elm və Təhsil, İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahə üzrə peşələrə yiyələnmək istəyənlər üçün həyata keçirilən “İT-Akademiya” layihəsinin "İT sahəsində karyeranıza başlayın" adlı ilk məzun günü keçirilib.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, məzun günündə “Baku Steel Company”nin Aparat rəhbəri Şeyla Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Teymur Cəfərov və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov layihənin əhəmiyyəti barədə fikirlərini bildirib, məzunlara karyeralarında uğurlar arzulayıblar.

Tədbirdə “Whelp” və “SmilePay” startaplarının qurucusu Seymur Rəsulov süni intellekt dövründə İT mütəxəssisi üçün lazımi bacarıqlardan danışıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Gülnar Mirhüseynova və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabbarov isə innovasiyaların İT sahəsinin inkişafı və mütəxəssislərin işinin təkmilləşdirilməsində mühüm rolunu qeyd ediblər.

Bununla yanaşı, PAŞA Bank, Azərbaycan Beynəlxalq Bankı, “Kibrit”, “BIRainy” və digər şirkətlərin nümayəndələri məşğulluq və təcrübə haqqında məzunlara ətraflı məlumat veriblər.

Daha sonra “İT-Akademiya”nın müəllimləri məzunlara təhsilin tamamlanmasına dair sertifikatlar təqdim ediblər.

Qeyd edək ki, layihə Alqoritmika Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, KOBİA, “Baku Steel Company” və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçirilir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?