15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə sektorunun inkişafı üzrə Strategiya hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə sektorunun inkişafı üzrə Strategiya hazırlanır və bu Strategiyada maliyyə sektorundakı problemlərin həlli istiqamətində prioritet məsələlər əksini tapır.

AMB-dən “vergiler.az”a verilən məlumata görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Sahibkarlarla Əməkdaşlıq Şurasının iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, real sektorda, xüsusilə rayon və kənd yerlərində iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Çıxışlarda real sektorun kreditləşməsinin aktivləşdirilməsi, regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün investisiya şirkətlərinin fəaliyyətinin gücləndirilməsi, güzəştli kreditlərin əhatə dairəsinin genişləndirilməsi və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, regionlarda sahibkarların girov təminatında üzləşdikləri problemlərin (xüsusilə daşınar əmlakın girov kimi qeydiyyatı üzrə) aradan qaldırılması, real sektorun, eləcə də kənd təsərrüfatının inkişaf etdirilməsi üçün islam bankçılığı kimi alternativ maliyyə alətlərindən istifadənin nəzərdən keçirilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, sahibkarların maliyyə savadlılığının artırılması üçün təlimlərin təşkil edilməsi, habelə müvafiq qanun layihələrinin hazırlanması və düzəlişlərin edilməsində sahibkarlarla müzakirələrin aparılması, həmçinin Mərkəzi Bankın requlyator kimi zəruri dəstək tədbirləri və digər məsələlər önə çəkilib.

İclasda sahibkarlar və banklar üçün aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.

Mərkəzi Bankın sədri səslənən təklifləri dəstəklədiyini bildirərək, onları hərtərəfli öyrəniləcəyini, həmin istiqamətlər üzrə birgə işlərin aparılacağını qeyd edib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?