31 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Emin Hüseynov: “Qarabağın bərpası daha da sürətlənəcək”

İşğaldan azad edilən ərazilərdə hazırda 8 magistral avtomobil və iki dəmir yolunun tikintisi həyata keçirilir. Yol infrastrukturu ilə əlaqədar tikinti işləri başa çatdıqdan sonra Qarabağın bərpası daha da sürətlənəcək və müasir bölgəyə çevriləcək.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərdəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, ən genişmiqyaslı layihələrdən biri Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Daşaltı, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarıdır. Bundan başqa, hazırda Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərinin inşası da davam edir. Bərdə-Ağdam dəmir yolu xəttinin uzunluğu 47,3 kilometrdir. Yol boyu 4 stansiyanın tikintisi də həyata keçiriləcək və yolun cari ildə istismara verilməsi nəzərdə tutulub. Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110 kilometrdir və yol boyu 9 stansiyanın tikintisi nəzərdə tutulub. Bu yolların tikintisindən sonra regionun iqtisadi inkişafına böyük zəmin yaranacaq, məskunlaşma zamanı əhalinin sosial vəziyyəti daha da yaxşılaşacaq.

İnformasiya kommunikasiya texnologiyalarının azad edilən ərazilərdə tətbiqinə toxunan daimi nümayəndə bildirib ki, bu sahə üzrə işlər vahid konsepsiya üzrə aparılır. Həyata keçiriləcək işlərin layihələndirilməsi başa çatmaq üzrədir və yaxın zamanda müvafiq tender elan ediləcək. Cari ayda Tərtər rayonunun Talış kəndində iki mobil bazanın tikintisi başa çatacaq və istifadəyə veriləcək.

AZƏRTAC

İqtisadiyyatAzərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək Ekspert RəyiBeynəlxalq müqavilələrin vergi ilə bağlı müddəalarının tətbiqinə hansı halda məhdudiyyət qoyulur? İqtisadiyyatEldəniz Əmirov: “Manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur” VergiSatışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi? İqtisadiyyatİqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək SosialXüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb Ekspert RəyiTransfer qiymətinin müəyyən edilməsi ilə bağlı yenilik VergiNağd pul hesablaşmaları necə rəsmiləşdirilir? VergiDövlət Vergi Xidməti sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb