15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kassa aparatlarının idxalı artıb

2022-ci il ərzində Azərbaycana 11749,54 min ABŞ dolları dəyərində 64 027 ədəd kassa aparatı idxal edilib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 6,1 faiz, say baxımından isə 40,6 faiz çoxdur.

Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal Çindən olunub. Bu ölkədən ötən il 9 985,26 min dollar dəyərində 62 861 ədəd kassa aparatları idxal edilib ki, bu da 2021-ci ilin eyni göstəricilərini müvafiq olaraq 48,9 və 47,5 faiz üstələyir.

Dəyər və həcm ifadəsində ikinci ölkə isə Rusiya olub. Bu ölkədən 2022-ci il ərzində Azərbaycana 1194,3 min dollarlıq 510 ədəd kassa aparatları tədarük edilib ki, bu da bir il öncəki eyni göstəricilərlə müqayisədə dəyər olaraq 71,2 faiz, say baxımından isə 76,3 faiz azdır.

Üçüncü yerdə olan Macarıstandan isə ötən il 240,35 min dollar dəyərində 283 ədəd kassa aparatları göndərilib ki, bu da illik ifadədə dəyər və say baxımından müvafiq olaraq 3,8 və 3,7 dəfə çoxdur.

İl ərzində ümumilikdə Azərbaycana 12 ölkədən kassa aparatları idxal olunub.

Azərbaycandan isə 38,45 min dollar dəyərində 72 ədəd kassa aparatları ixrac edilib. İxracın həcmi illik ifadədə dəyər olaraq 40 faiz, say baxımından isə 88,5 faiz azalıb. Cihazlar əsasən Çinə, Çinin xüsusi inzibati rayonu Honkonqa, Gürcüstana və Sinqapura göndərilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?