Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,28 dollar artaraq 86,46 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,24 dollar bahalaşaraq 80,7 dollar təşkil edib.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,96 dollar artaraq 88,04 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.