19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqların elektron qeydiyyatı üzrə proses intensivləşdiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci ildə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

vergiler.az” xəbər verir ki, Azərbaycanda aparılan uğurlu islahatlardan danışan Xidmət rəisi Mətin Eynullayev bildirib ki, Dövlət Xidməti ölkə başçısının fərman və sərəncamları ilə verilən tapşırıqların vaxtında və tam həcmdə icrasının təmin edilməsi istiqamətində işlərini davam etdirir.

Ötən il ərzində Dövlət Xidməti tərəfindən daşınmaz əmlak idarəçiliyi və mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, xidmətlərin elektronlaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətlərində tədbirlər həyata keçirilib.

2023-cü ildə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran Dövlət Xidmətinin rəisi bildirib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində Dövlət Xidmətinin fəaliyyət sahələri ilə bağlı işlər sürətlə davam etdirilməlidir.

Tədbirdə ölkənin iqtisadi inkişafında mühüm rol oynayan, investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli olan özəlləşdirilmə prosesinin sürətləndirilməsi, o cümlədən dövlət əmlakının icarəyə verilməsi sahəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı işlərdən bəhs olunub. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində görüləcək tədbirlər də diqqət mərkəzində saxlanılıb. Qeyd olunub ki, hüquqların elektron qeydiyyatı üçün zəruri sənədlərin və məlumatların informasiya sistemləri vasitəsilə əldə edilməsi prosesi intensivləşdiriləcək.

İclasda Xidmət nümayəndələrinin çıxışları dinlənilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?