19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft məhsullarının Mərakeşə ixracı müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun nümayəndələri Rabat və Kasablanka şəhərlərində bir sıra görüşlər keçiriblər.

AZPROMO-dan “vergiler.az”a verilən məlumata görə, Agentliyin təmsilçiləri Mərakeş İxracatçılar Assosiasiyası (ASMEX), Kasablanka-Settat Ticarət, Sənaye və Xidmətlər Palatası (CCISC), Mərakeşin İnvestisiya və İxracın İnkişafı Agentliyi (AMDIE), Mərakeş Müəssisələrinin Ümumi Konfederasiyası (CGEM), Mərakeş Əczaçılıq Sənayesi və İnnovasiya Federasiyası (FMIIP), Karbohidrogenlər və Mədənlərin Milli İdarəsi (ONHYM), "City Concept" konsaltinq şirkəti, həmçinin Türkiyənin BİM şirkətinin Mərakeşdəki filialı və Türkiyənin Rabat şəhərindəki Səfirliyində görüşlərdə iştirak ediblər.

Səfər çərçivəsində Mərakeş bazarının xüsusiyyətlərinin öyrənilməsi, Azərbaycanın qeyri-neft məhsullarının Mərakeşə ixracına dair fikir mübadiləsi aparılıb, Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş ərazilərin investisiya imkanları diqqətə çatdırılıb, qabaqcıl təcrübə və məlumat mübadiləsinin aparılmasına dair razılıqlar əldə olunub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?