17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Belarus arasında investisiyaların təşviqi ətrafında müzakirələr aparılıb

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Belarus Respublikasının Baş nazirinin müavini, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının həmsədri İqor Petrişenko ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdiyi, ölkələr arasında çoxşaxəli müqavilə-hüquq bazasının yaradıldığı vurğulanıb.

Bildirilib ki, bu, iqtisadi gündəliyin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır. Nazir müavini Azərbaycanda aparılan iqtisadi islahatlar barədə məlumat verib, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat sahələrində, həmçinin Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırıb.

İ.Petrişenko ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri, qarşılıqlı iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətləri barədə danışıb, Belarus şirkətlərinin Azərbaycanda maşınqayırma, nəqliyyat-tranzit, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyətini qeyd edərək, ölkəmizlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Tərəflər investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri