19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şadi Abozayid: “Qlobal enerji böhranı fonunda Misir Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır”

Azərbaycan və Misir Süveyş kanalı iqtisadi zonasının loqistika sahəsində investisiya imkanları barədə müzakirələr aparıblar. Bu barədə "vergiler.az"a misirli ekspert, Davamlı İnkişaf üçün Qlobal Strategiya İnstitutunun (GSISD) Baş direktoru Şadi Abozayid məlumat verib.

Ekspert qlobal enerji böhranı ilə əlaqədar Misirin Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Ş.Abozayid Azərbaycan prezidentinin 2019-cu ildə Misirə səfəri zamanı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə dair sazişlər imzalandığını vurğulayıb.

“Bu sazişlərdən biri də Süveyş kanalı iqtisadi zonasında Azərbaycanın sənaye zonasının – Misir iqtisadiyyatının yüksəldilməsi üçün nəzərdə tutulmuş xüsusi zonanın yaradılması və xarici investisiyaların cəlb edilməsi barədə idi. Zonanın böyük bir ərazini əhatə edəcəyi, istehsal, loqistika və neft-kimya sahələrinə diqqət yetiriləcəyi, həm misirlilər, həm də azərbaycanlılar üçün iş yerlərinin yaradılması gözlənilir. Layihə, çox güman ki, Misirin iqtisadiyyatını şaxələndirmək və daha çox xarici investisiya cəlb etmək strategiyasının bir hissəsi olacaq. Azərbaycanın Süveyş kanalı iqtisadi zonasına daha çox inteqrasiya olunacağını, daha çox investisiya qoyacağını gözləyirəm, çünki hər iki ölkə “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edir”, - ekspert yekunlaşdırıb.

Tamilla MƏMMƏDOVA

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?