19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Raffael Marçetti: “İtaliya Azərbaycan məhsullarının ən böyük alıcılarından biridir”

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin səviyyəsi bu gün çox yüksək səviyyədədir. Bunu “vergiler.az”a İtaliya Siyasi Elmlər Departamentinin və LUISS Dövlət İdarəçilik Məktəbinin beynəlxalq əlaqələr üzrə rektor müavini, Avropa Komissiyasının kənar eksperti, professor Raffael Marçetti deyib.

Onun sözlərinə görə, bu münasibətlərin əsas seqmentini enerji sektoru təşkil edir. “İtaliya Azərbaycan məhsullarının böyük, hətta ən böyük alıcılarından biridir və bu, bizim ikitərəfli əlaqələrimizi son dərəcə əhəmiyyətli edir”, - R.Marçetti deyib.

Ekspertin qənaətincə, İtaliya ilə Azərbaycan sənaye, təhlükəsizlik və təhsil sahələrində də fəal əməkdaşlıq edir. Bu, iki ölkəni bir-birinə daha da yaxınlaşdırır. Əslində, çoxtərəfli, strateji tərəfdaşlıq hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.

Rusiya-Ukrayna münaqişəsi fonunda Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyətinə diqqət yönəldən ekspert deyib: “İtaliya ilə tərəfdaşlıqda bu faktor çox aktual olacaq, çünki İtaliya bütün Avropa üçün qaz mərkəzi kimi tanınır. Beləliklə, Azərbaycan qazı İtaliya vasitəsilə bütün Avropaya göndəriləcək”.

Ekspert vurğulayıb ki, bu həm Azərbaycan, həm də İtaliya üçün yeni və son dərəcə aktual imkandır: “Bu mənada, İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq bütün Avropanın təhlükəsiz və fasiləsiz enerji təchizatına şərait yaratmaq üçün zəruridir”.

Tamilla MƏMMƏDOVA

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?