31 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şadi Abozayid: “Azərbaycan və Misir müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün səylər göstərir”

"Azərbaycan ilə Misir arasında münasibətlərin dərinləşməsi istiqamətində iki ölkə hökumətləri tərəfindən ciddi və perspektivli addımlar atılır". Bunu "vergiler.az"a misirli ekspert, Davamlı İnkişaf üçün Qlobal Strategiya İnstitutunun (GSISD) Baş direktoru Şadi Abozayid deyib.

"Misirin Beynəlxalq Əməkdaşlıq naziri Rania əl-Məşat 2022-ci ildə Misir-Azərbaycan Birgə Komitəsinin 5-ci sessiyasında iştirak etmək üçün Azərbaycana səfər etmişdi. Səfərin nəticəsi olaraq iki ölkə arasında əməkdaşlığa dair 5 sənəd, o cümlədən Protokol, kiçik və orta sahibkarlar arasında əməkdaşlıq haqqında Memorandum, Misir-Azərbaycan Biznes Şurasının yaradılması haqqında Memorandum, iki liman arasında əməkdaşlıq Memorandumu və misirli iş adamları ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında anlaşma Memorandumunun layihəsi imzalanıb.
Keçirilən görüşlərdə ticarət, sənaye, qarşılıqlı investisiya, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanları da müzakirə edilib", - Ş.Abozayid deyib.

Ekspert qeyd edib ki, Misir və Azərbaycan hər iki ölkənin perspektivli istehsal və ixrac potensialına uyğun olaraq əməkdaşlığı ümumi siyasi əlaqələr səviyyəsinə çıxarmaq əzmindədir.

"Bu məsələ 2024-cü ildə birgə komissiyanın Qahirədə keçiriləcək altıncı iclası zamanı ətraflı müzakirə olunacaq. Beləliklə, görürük ki, iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə ticarət, enerji, turizm sahələrində ikitərəfli əlaqələrin qorunub saxlanılması və inkişafı üçün səylər göstərilir", - Ş.Abozayid vurğulayıb.

Misirlə Azərbaycan arasında əlaqələrin 1990-cı illərdən qurulduğunu, müxtəlif sahələrdə 56 əməkdaşlıq sazişi imzalandığını xatırladan ekspertin sözlərinə görə, hazırda iki ölkə arasında yeni sahələr üzrə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atılır: "Bu, Misir və Azərbaycanın rəhbərlərinin tərəfdaşlığın parlaq gələcəyinə yönələn niyyətlərinin göstəricisidir".

Tamilla MƏMMƏDOVA

İqtisadiyyatAzərbaycan-ABŞ “Yaşıl Enerji” Forumu keçiriləcək Ekspert RəyiBeynəlxalq müqavilələrin vergi ilə bağlı müddəalarının tətbiqinə hansı halda məhdudiyyət qoyulur? İqtisadiyyatEldəniz Əmirov: “Manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur” VergiSatışdankənar gəlirlər məcmu gəlirlərə aid edilirmi? İqtisadiyyatİqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək SosialXüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb Ekspert RəyiTransfer qiymətinin müəyyən edilməsi ilə bağlı yenilik VergiNağd pul hesablaşmaları necə rəsmiləşdirilir? VergiDövlət Vergi Xidməti sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb