Bankların vaxtı keçmiş kreditlərinin həcmi azalıb
2023-cü ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının kredit portfeli 0.4% və ya 75.2 milyon manat artaraq 19,669.6 milyon manat olub.
“vergiler.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. Bildirilib ki, kredit portfelinin strukturu aşağıdakı kimi formalaşıb:
- Biznes kreditləri – 55.2% (10,845.6 milyon manat);
- İstehlak kreditləri – 29.5% (5,811.9 milyon manat);
- İpoteka kreditləri – 15.3% (3,012.2 milyon manat).
Yanvar ayında cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil edib.