Pakistan iş adamlarını Qarabağa sərmayə qoymağa təşviq edir
"Gələcəkdə Qarabağdan ev almaq istərdim, çünki bu region mənim qəlbimdə dünyada ədalətin qlobal simvolu kimi güclü bağlılığa malikdir". Bunu “vergiler.az”a açıqlamasında pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib.
“Mən Azərbaycanın Qarabağla bağlı mövqeyinin ən qızğın tərəfdarlarındanam, çünki Bakı ədalət əsasında hərəkət edib”, - ekspert qeyd edir.
Onun sözlərinə görə, Qarabağın azad edilməsindən sonra bir çox Pakistan rəsmiləri öz iş adamlarını bölgəyə sərmayə qoymağa təşviq etməyə başlayıblar.