1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.

vergiler.az”ın İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən, M.Cabbarov müsabiqədə qazandıqları uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin maraq dairəsi barədə fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib.

Müsabiqə qalibləri iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, bu sahədə bilik və bacarıqların əldə edilməsində mentorluq proqramının onlar üçün faydalı olacağını vurğulayıblar. İqtisadiyyat naziri qaliblərə idarəçilik sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ