8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və tələblərin siyahısı təsdiq edilib

Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və tələblərin siyahısı təsdiq edilib

Nazirlər Kabinetinin Qərarına əsasən, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı təsdiq edilib.

“vergiler.az” Nazirlər Kabinetinə istinadən xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mötəbər mənbələr (beynəlxalq təşkilat və qurumlar tərəfindən dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatlar, habelə tərəqqi hesabatları) əsasında müəyyən edilmiş adekvat mübarizə sistemi olmayan, silahlı separatizmi, ekstremizmi, muzdluluğu və terror fəaliyyətini dəstəkləyən, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumat və sənədlərinin açıqlanmasını tələb etməyən və beynəlxalq təşkilatlar tərəfindən barəsində sanksiyalar və ya digər analoji tədbirlər tətbiq edilən dövlətlər və ya ərazilər yüksək riskli zonalar hesab edilir.

“Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 64 nömrəli Qərarına əsasən yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlər və xüsusi tələblər aşağıdakı kimi müəyyən edilib:

- öhdəlik daşıyan şəxslər tərəfindən gücləndirilmişmüştəri uyğunluğu tədbirlərinin xüsusi tələblərini tətbiq etmək;

- öhdəlik daşıyan şəxslər tərəfindən maliyyə əməliyyatlarına dair hesabatı sistematik olaraq Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim etmək;

- yüksək riskli zonada təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən maliyyə institutlarının törəmə müəssisələrinin, filiallarının və ya nümayəndəliklərinin lisenziya verilməsindən imtina etmək və ya müvafiq maliyyə qrupunun (holdinqin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkədən (ərazidən) olmasını nəzərə almaqla həmin ölkənin (ərazinin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tələblərə riayət sistemi ilə Azərbaycan Respublikasının qanunvericiliyi arasında ziddiyət olduqda həmin maliyyə qrupuna münasibətdə sonuncunun tətbiqini təmin etmək;

- maliyyə institutlarının yüksək riskli zonada törəmə müəssisə, filial və ya nümayəndəlik yaratmasını qadağan etmək və ya müvafiq törəmə müəssisə, filial və ya nümayəndəliyin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkədən (ərazidən) olmasını nəzərə almaqla onlara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş tədbirləri tətbiq etmək;- öh

dəlik daşıyan şəxslər tərəfindən yüksək riskli zona və yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə işgüzar münasibətləri və ya maliyyə əməliyyatlarını məhdudlaşdırmaq;

- öhdəlik daşıyan şəxslər tərəfindən müştərinin təqdimatı zamanı yüksək riskli zonanın öhdəlik daşıyan şəxsləri tərəfindən əldə edilmiş məlumat və sənədlərə güvənməmək;

- maliyyə institutlarının yüksək riskli zonada təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən maliyyə institutları ilə müxbir münasibətlərinə yenidən baxmaq, dəyişdirmək və ya xitam vermək;

- yüksək riskli zonanın öhdəlik daşıyan şəxslərinin törəmə müəssisələri, filialları və ya nümayəndəlikləri üçün nəzarət tədbirlərini və (və ya) kənar audit tələblərini artırmaq;

- yüksək riskli zonada törəmə müəssisələri, filialları və ya nümayəndəlikləri olan maliyyə qruplarının kənar audit tələblərini artırmaq.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?