19 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə dəyişiklik edilib

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilib.

vergiler.az” xəbər verir ki, Nazirlər Kabinetinin 18 fevral 2023-cü il tarixli 55 nömrəli qərarı ilə Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən idxal edilən kompüter avadanlığı, kompüter hissə və ləvazimatları, eləcə də digər komponentləri 2025-ci il 28 avqust tarixinədək gömrük rüsumlarından azad olunur.

Gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların nomenklaturası ilə Nazirlər Kabinetinin rəsmi səhifəsindən tanış olmaq olar:

https://nk.gov.az/az/document/6787/

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?