“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilib.
“vergiler.az” xəbər verir ki, Nazirlər Kabinetinin 18 fevral 2023-cü il tarixli 55 nömrəli qərarı ilə Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən idxal edilən kompüter avadanlığı, kompüter hissə və ləvazimatları, eləcə də digər komponentləri 2025-ci il 28 avqust tarixinədək gömrük rüsumlarından azad olunur.
Gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların nomenklaturası ilə Nazirlər Kabinetinin rəsmi səhifəsindən tanış olmaq olar:
https://nk.gov.az/az/document/6787/