Gələn ay bir sıra dövlət müəssisələri və nəqliyyat vasitələri hərraca çıxarılacaq
Mart ayının 7-si və 10-u tarixlərində növbəti hərraclar keçiriləcək. Hərrac yolu ilə bir sıra dövlət müəssisələrinin və nəqliyyat vasitələrinin özəlləşdirilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, martın 7-si təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi, 48 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza var. Nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya və Rusiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1998-2013-cü illəri əhatə edir.
Martın 10-da keçiriləcək hərraca isə 50 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinin 21-i Azərbaycan Beynəlxalq Bankına məxsusdur və istehsal tarixi 2011-2014-cü illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə Xidmətin rəsmi səhifəsindən tanış olmaq olar: https://clck.ru/33TqtH