Tikinti materiallarının istehsalında artım qeydə alınıb
Bu ilin yanvar ayında Azərbaycanda ümumi dəyəri 60,7 milyon manat olan tikinti materialları istehsal edilib.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 20,7 faiz artıb.
Ay ərzində tikinti gipsinin istehsalında 2,8 dəfə, əhəng istehsalında 62,1 faiz, beton istehsalında 45,1 faiz, sement klinkerlərinin istehsalında isə 38,8 faiz artım qeydə alınıb.