Pakistanda LNG terminalının yaradılmasında SOCAR-ın iştirakı müzakirə olunub
Pakistanda LNG (Mayeləşdirilmiş Təbii Qaz) terminalının yaradılmasında SOCAR-ın iştirakına dair müzakirələr aparılıb.
Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bu, nazir Pərviz Şahbazovun Pakistanın neft üzrə dövlət naziri Musadik Masood Malik, investisiya şurası naziri Chaudhry Salik Hussain və sənayelər və istehsal üzrə naziri Syed Murtaza Mahmud ilə görüşü zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair mövzulardan biri olub.
Görüşdə enerji əməkdaşlığı gündəliyinin bərpa olunan enerji, enerji səmərəliliyi sahələrini də əhatə etməsinin vacibliyi qeyd olunub. İkitərəfli enerji əməkdaşlığının aktual istiqamətləri və perspektiv layihələrdə iştirakla bağlı məsələlərin enerji üzrə Birgə İşçi Qrupu çərçivəsində dəyərləndirilməsi tövsiyə edilib.
Pakistan nümayəndə heyəti tərəfindən Azərbaycan şirkətlərinin enerjinin müxtəlif sahələrində investor qismində iştiraklarına maraq ifadə edilib.