25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan şirkəti ABŞ-a məhsul ixracına başlayıb

Azərbaycan şirkəti ABŞ-a məhsul ixracına başlayıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC ABŞ-a (Miçiqan ştatına) ilk dəfə olaraq, aqrotexnikalar üçün ehtiyat hissə (yedək parça) ixrac edib.

İZİA-dan “vergiler.az”a verilən məlumata görə, bu ölkəyə ilkin mərhələdə 36,3 ton məhsul göndərilib.

Qeyd edək ki, "Azertexnolayn" MMC müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen borular olmaqla, ümumilikdə 60-dan çox çeşiddə məhsul istehsal edir. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması