4 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Necmeddin Taşbağ: “Mövcud istehsal həcmimizi artırmağı planlaşdırırıq”

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC indiyədək Azərbaycan iqtisadiyyatına 10 milyon manata yaxın investisiya yatırıb.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Kartaş Kimya” MMC-nin direktoru Necmeddin Taşbağ deyib.

Onun sözlərinə görə, 20 ildən artıqdır ki, fəaliyyət göstərən “Kartaş Kimya” MMC tikinti kimyəvilərinin istehsalı ilə məşğuldur. Zavodda beton sənayesi üçün müxtəlif təyinatlı kimyəvi beton qatqılar, su izolyasiya və termo izolyasiya materialları, kafel-keramika yapışdırıcı və dərz dolğuları, struktural beton təmiri materialları, sənaye müəssisələri üçün zəmin döşəmə materialları istehsal edilir: “Azərbaycanda və qonşu ölkələrdə tikinti sektoru sürətlə inkişaf edir. Bunun nəticəsində sektorda yeni üsullar, yeni nəsil materiallar tətbiq və tələb olunur. Biz də şirkətimizin çoxillik təcrübəsinə söykənərək yeni nəsil tikinti kimyəviləri və materialları istehsal etməyi və mövcud istehsal həcmimizi artırmağı planlaşdırırıq”.

N.Taşbağ əlavə edib ki, məhsullarını hazırda yalnız Özbəkistana ixrac edirlər: “İxracın yeni başlamasına baxmayaraq, Özbəkistan bazarında 50-dən artıq nöqtədə məhsullarımız satılır. Şirkət yeni yaradılacaq istehsal müəssisəsi ilə ixrac həcmini artırmağı planlaşdırır”.

N.Taşbağ Azərbaycanda dövlətin qeyri-neft sektorunun inkişafına hər zaman dəstək olduğunu söyləyib: “İqtisadiyyat Nazirliyi yeni investisiya layihəmizin və planlarımızın həyata keçirilməsinə lazımi diqqət və dəstək göstərir. Sumqayıt Kimya Sənaye Parkında yeni zavod üçün torpaq sahəsi ayrılmaqla bərabər şirkətimizə sənaye parkının rezidenti statusu da verilib. Göstərilən bu dəstək bizə daha böyük və daha yaxşı işlər görmək üçün stimul verir”.

VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?