Gələn il tikinti kimyəviləri zavodu fəaliyyətə başlayacaq
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC bu il yeni tikinti kimyəviləri zavodunun yaradılması layihəsinin icrasına başlayacaq.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Kartaş Kimya” MMC-nin direktoru Necmeddin Taşbağ deyib.
Onun sözlərinə görə, layihəyə 15 milyon manatdan artıq investisiyanın yatırılması nəzərdə tutulur. Yeni müəssisənin 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılır.
N.Taşbağ bildirib ki, yeni layihə Azərbaycanda tikinti kimyəviləri sektoru üçün yeni və innovativ məhsul çeşidləri istehsal etməyə, bu sahənin idxaldan asılılığının azalmasına və ixrac potensialının artmasına imkan verəcək.