5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Laçında yanacaqdoldurma stansiyası istifadəyə verilib

“SOCAR PETROLEUM” QSC Laçın şəhərində “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verib.

QSC-dən “vergiler.az”a verilən məlumata görə, modul tipli YDS Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub.

“Aİ-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kolonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.

Bununla yanaşı YDS-də elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.

Qeyd edək ki, hazırda Şuşa şəhəri, Ağdam, Qubadlı (Eyvazlı kəndi) və Xocavənd (Hadrut qəsəbəsi) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Laçın şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən SOCAR brendli ikinci stansiyasıdır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərin sayı 5-ə, ümumilikdə isə ölkə ərazisində 45-ə çatdırılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?