7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici informasiya texnologiyaları şirkətlərinin Azərbaycana marağı artır

Texnologiya parklarının rezidentlərinə verilən vergi, gömrük və digər güzəştlərdən sonra informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycana marağı artıb. Bunu “vergiler.az”a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin rəhbəri Elvin Abbasov deyib. Onun sözlərinə görə, artıq İKT sahəsində fəaliyyət göstərən proqram təminatı və təchizatı şirkətləri texnologiyalar parkının rezidenti olmaq üçün müraciət edirlər.

“Qanunvericiliklə İKT sahəsinə böyük imtiyazlar verilib. Bundan, təbii ki, Azərbaycanın İKT sektoru böyük faydalar əldə edəcək. Artıq xarici şirkətlərin Azərbaycana investisya etmək üçün marağı da artır. “Relocasion” layihəsi xarici şirkətlərin Azərbaycana köçməsi və bu imtiyazlardan yararlanmasını nəzərdə tutur”, - E.Abbasov qeyd edib.

O, vurğulayb ki, qanunvericilikdəki təkmilləşdirmələr bu ilin sonunda Azərbaycana öz töhfəsini daha geniş miqyasda vermiş olacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci tarixli Fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilib. Əsasnamə ilə sistem inteqrasiyası və proqram təminatının inkişafı ilə məşğul olan texnologiyalar parkının rezidentlərinə Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda bir sıra güzəştlər müəyyənləşdirilib.

Vergi Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, bu maddənin digər müddəalarından asılı olmayaraq, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı qaydada tutulur:

- 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8.000 manatadək olduqda 0 faiz, 8.000 manatdan çox olan məbləğin 5 faizi;

- 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.

Vergi Məcəlləsinin 164.1.16-cı maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə əlavə dəyər vergisini ödəməkdən azaddır.

Fərqanə ALLAHVERDIQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?